SON DƏQİQƏ

Vur, Azərbaycan əsgəri!- Cavid İsmayıl yazır

Tarix:19-09-2022, 12:49 Oxunub:1 189

Əfəndilər!

Son 300 ilə yaxın olan tariximizə nəzər salsaq görərik ki, məkrli düşmənlər zaman -zaman sapı özümüzdən olan baltalarla birləşərək Vətənimiz Azərbaycanın sinəsinə dağ çəkiblər. Torpaqlarımızı param-parça edib, insanlarımızı qətlə yetirib, yurd yerlərimizi yandırıb, bütün maddi-mənəvi, milli, dini dəyərlərimizi təhqir və məhv ediblər.

Bəli, bu da bir taledir. Zamanında tarixən İşkil (səllim itlər) adlandırılan evşiz- eşiksiz, yurdsuz, torpaqsız olan xaylara babalarımızın rəhmindən yaşamaları üçün bir parça Vətəndə torpaq ayırsalar da tarix göstərdi ki, ən qədim peşə sahibi olan xaylara rəhmli davranmaq çox acı, faciəvi nəticələrə bədəl oldu. Əlbəttə ki, öz arvadlarını başqa kişilərin yatağına salan bir toplumdan başqa nə gözləmək olardı ki?

Dünyaya satılmaq üçün gələn bu işkillərin birbaşa Rusiya və  sapı özümüzdən olan baltaların hesabına 30 ilə yaxın işğalda saxladıqları müqəddəs torpaqlarımızı qəhrəman oğullarımız öz canlarını qurban verərək 44 günlük savaşda azad etdilər.

Bununla da  qəhrəman oğullarımız öz qanı, yenilməz silahlı qüvvələrimiz öz peşəkarlığı, rəşadəti, Müzəffər Ali Baş Komandan öz qətiyyətli mövqeyi, qəhrəman xalqımız öz birliyi ilə 44 günlük savaşda tariximizin  300 illik dönəminin ilk şanlı səhifəsini yazdı. Diqqət yetirin, İLK SƏHİFƏSİNİ! 

44 günlük şanlı Zəfər tariximiz 30 il tapdalanmış mənliyimiz, ayaqlar altına sərələnən böyük bir qəhrəman ulusun ləyaqətini, diri-diri borulara doldurularaq qaynaqlanan körpələrimizin, ismətinə ləkə sürülən qız gəlinimizin, diri-diri yandırılan insanlarımızın qisasını alan şərəfli başlanğıc tarixi idi.

İndi nə baş verir? Baxmayaraq ki, Azərbaycan indi çox güclüdür və qalibdir, yenə dədə kökə, Türk mərdliyi-ərənliyinə sadiq qalaraq hərbi saxlayaraq İrəvanın sahibinin vasitəsi ilə, imzaladığı kapitulyasiya aktının tələblərini yerinə yetirilməsini dəfələrlə istədi və onun sülh yolu ilə icrasına şərait yaratdı.

Lakin qədim peşə sahibləri, mənəvi anaları Anahit məktəbinə sadiq qalaraq yenə xəyanətə əl atdılar. Gecə ilə bir neçə istiqamətdə əsgərlərimizi atəşə tutdular və əsgərlərimizi şəhid etdilər.

Dərhal şanlı Azərbaycan ordusu onların layiqli cavabını verməklə dədə tarixin ikinci şanlı şərəf səhifəsinin yazılması istiqamətində hərəkətə keçdi
Yenə ermənilərin xarici havadarları və sapı özümüzdən olan baltalar dərhal işə düşdü. Əllərində olan bütün media resurslarından, sosial şəbəkələr üzərindən qəhrəman Azərbaycan ordusunu, Azərbaycan dövləti və onun rəhbərini qaralamağa başladılar. Media resurs demişkən, əfsuslar olsun ki, dövlətimizdən maddi dəstək alan bəzi belə media orqanları yenə də susdu və ya simuliyasiya etdilər. Lakin, təmənnasız olaraq Vətənə, millətə, dövlətə və dövlətçiliyə bağlı olan bütün media resursları və qələm əhli yenə də gərəkəni etdi.

Bu barədə daha geniş fikrimi bir yazı ilə bildirəcəm!

İndi isə buradan həmin düşmənlərə, o cümlədən milli satqın Vətən xainlərinə, eyni zamanda ABŞdakı ağalarının basdığı düymə ilə işə düşən, Los-Angelesdəki dostlarının və Pensilvanidəkinin ağzı ilə danışan Göyüşovlara bir daha bildirirəm ki, müasir Azərbaycan Respublikası 1918-ci ildə yaranan cümhuriyyətin beynəlxalq hüquq çərçivəsində elan edilən varisidir. Belə olan halda nəyə görə 1918-ci il sərhədləri bərpa edilməməlidir? Necə ki, Ağdamdan, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və digər yurdlarımızda  qanunsuz məskunlaşmanı Müzəffər Ordumuz təmizlədi, indi isə tam haqqıdır, digər torpaqlarımızdan, o cümlədən Zəngəzurdan, Qarakilsə, Basarkeçər, Göyçə və bütün digər ərazilərimizdən qanunsuz məskunlaşmanı ləğv eləsin. Və mən əminəm ki, Müzəffər Ordumuz zəfər tariximizin növbəti şərəf səhifəsini yazacaq! Mütləq yazacaq!
Əfəndilər!

Bəllidir ki, Zəfər Tariximizin yazılmasında qəhrəman Azərbaycan əsgərinin, Müzəffər Ali Baş Komandan və Qəhrəman xalqımızın Vətən naminə birliyi olmasaydı, zəfərimiz də mümkün olmazdı. Elə bunu yaxşı bilən məkrli xain qüvvələr daim bu birliyi dağıtmağa çalışmışlar. Elə son hadisələrdə yenə də aktivləşiblər.

Vətənə, Xalqa, Dövlətçiliyə qənim kəsilən, xaricdən maliyyələşən, şimal küləyindən hərəkətlənən, qərbin mənfur xislətindən qidalanan, okeanın o tayından misterlərin tör-töküntüləri, Allah evinə donuz bağlayan erməniyə qucaq açanlar və sapı özümüzdən olan nökərləri, bir sözlə bütün 5-ci kolon daha intensiv-dinamik anti Vətən, anti Dövlət, anti milli istiqamətində nökərçiliklərinizi intensivləşdirsəniz də, bacarmayacaqsınız. Xain  istəklərinizə nail ola bilməyəcəksiniz.

Əfəndilər! Bizlər isə, aramızda nifaq salmaq, cəmiyyətimizdə çaşqınlıq yaratmaq, qəhrəman ordumuza dil uzatmağa çalışanlara fürsət verməməliyik və  verməyəcəyik.

Şanlı Azərbaycan əsgəri, sizə isə sözüm budur!

Müzəffər Azərbaycan ordusu! Səninləyik!!! Səninləyik qəhrəman Azərbaycan əsgəri! Yolun açıq olsun! İndi İmdada çağırır Vətən! Vur zərbəni, möhkəm Vur! Türkün qəhrəman oğlu!

Elə vur ki, Oğuz babamızın, Atillanın, Sultan Ərpaslanın, Fateh Sultan Məhmətin, Mətə Hanın, Cəlaləddin Hərəzmşahın, Əmir Teymurun, Babəkin, Şah babamız Xətainin, Yavuz Sultan Səlimin, Nadir şahın, bütün qəhrəman babalarımızın ruhları şad olsun.

Vur! Vur! Elə vur ki, qoy agah olsun hər kəs – Nə satılmaz, nə verilməz yada Vətən!!!

Tanrı şəhidlərimizə rəhmət eləsin!

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<