SON DƏQİQƏ
» » 44 günlük Vətən müharibəsi xronikası- 8 oktyabr

44 günlük Vətən müharibəsi xronikası- 8 oktyabr

Tarix:

8-10-2022, 08:00

/ 1 717 dəfə oxundu.
44 günlük Vətən müharibəsi xronikası- 8 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Vətən müharibəsinin xronikasını təqdim edirik

- Müdafiə Nazirliyi bildirib ki, səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur, ölən və yaralananlar var. Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib.

- Sosial şəbəkədə azərbaycanlı əsir kimi təqdim olunan şəxsin erməni olduğu müəyyən olunub
- Bərdə "Toçka-U" kompleksindən atəşə tutulub, Ermənilərin atdığı raket Bərdədə restorana və məktəbin yaxınlığına düşüb, 7 nəfər yaralanıb. Düşmənin Bərdə və Tərtəri atəşə tutan "Qrad"ı məhv edilib

- Müdafiə Nazirliyi düşmənin zirehli texnikasının məhv edilməsi görüntülərini yayıb.

- Goranboyda ermənilər tərəfindən atılmış 10 ədəd raket aşkarlanıb
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ