SON DƏQİQƏ

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Tarix:

12-10-2021, 08:00

/ 2 417 dəfə oxundu.
Vətən müharibəsinin xronikası: 12 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Vətən müharibəsinin xronikasını təqdim edirik:

1. Prezident İlham Əliyev Türkiyənin "Haber Global” televiziya kanalına müsahibə verib.

2. Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Düşmən alayının tabor komandiri və xeyli sayda canlı qüvvəsi məhv edilib.

3. Emənilərin Tərtər rayon Kəngərli kəndini top atəşinə tutması nəticəsində 1970-ci il təvəllüdlü Firudin Kamal oğlu Bəylərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

4. Müdafiə Nazirliyi düşmənin 3 PUA-sının məhv edilməsinin videogörüntülərini yayıb.

5. Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb.

6. Müdafiə Nazirliyi Cəbrayılın işğaldan azad olunan Süleymanlı kəndindən videogörüntülər yayıb.

7. Emənilərin Gəncəyə raket atılması nəticəsində ölənlərin sayı 10- a çatıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ