Susmayaq, Azərbaycan ordusuna uzanan xain əlləri kəsək! – Cavid İSMAYIL yazır
Tarix:
3-10-2022, 17:35
/ 3 905 dəfə oxundu.
Əfəndilər! Bu günlərdə sosial şəbəkələrdə müzakirə edilən və qəhrəman Azərbaycan əsgərini, rəşadətli
Silahlı Qüvvələrimizi məqsədli olaraq ləkələmək, şanlı qələbəmizə kölgə salmaq
üçün yayılan məlum video yəqin ki, yadınızdadır. Və bu videonun ilk olaraq sosial şəbəkəyə İran
deyilən dövlətin "İnqilab keşikçiləri Ordusu” -SEPAHın məlum kanalından və paralel olaraq erməni və
sapı özümüzdən olan, şərəfi, ləyaqəti, mənliyi satılmış çaqqal sürüsü
tərəfindən vahid mərkəzdən məkrli planlarına uyğun olaraq yayıldığı məlumdur. Əfəndilər! Videoya diqqətlə baxın və fonda gələn
səslərə diqqət yetirin. Fərqli fonlardan gələn müxtəlif səslərin yığını və eyni
zamanda fona qəti aid olmayan fikirlər
səslənir. Eyni zamanda qayalıq və dağınıq daşlar içində yaxın məsafədən atəş açmaq,
avtomat gülləsinin rekaşet verməsi və ətrafdakılara təhlükə yaratması
qaçılmazdır ki, demək bu bizim əsgərlər tərəfindən tamamilə edilə bilməz. Bəli, bir sözlə bu video saxtadır! Qaraçı tayfasının
donuz sevdalısı olan ağ əmmaməli keşiş dövlətinin xüsusi xidmət orqanlarının və
digər düşmən qüvvələrin məqsədli təxribatıdır! Əfəndilər! Fikir versəniz
görərsiniz ki, bu video paylaşılan kimi sosial şəbəkənin Azərbaycan seqmentində
Aşura və Tasua günlərində Tehranda ermənilərin şərəfinə atəşfəşanlıq edən İran
deyilən dövlətin daxilimizdə olan xəyanət qolu "bunların hansısa bir təriqətçilərin olduğu və
bunlar hər kəsin başını kəsər” kimi təbliğata başlayıb. Eyni zamanda Vətənə
balta vuran məkrli xarici qüvvələrin daxili maşaları yenə də işə düşdülər. Bəli, düşmən bütün tərəfdən üzərimizə gəlib və
gəlməkdə davam edəcək. Sadəcə daima bilməliyik ki, Tanrının bizə bəxş etdiyi bu
düşmən qüvvələr qismətimizdən şərəfini, ləyaqətini, dinini, imanını itirmiş və
ləyaqətdən uzaq olanlardır. Belələrindən isə, nə desəniz gözləmək olar. Qara qüvvələr də anlamalıdır ki, həqiqətləri əks
etdirməyən müxtəlif məlumat, video və fotolar yaymaqla beynəlxalq aləmdə
Azərbaycan barəsində mənfi rəy formalaşdırmağa çalışsalar da, alınmayacaq. Bütün qara qüvvələr anlamalıdır ki, Azərbaycan Ordusu
Ermənistan silahlı qüvvələrindən fərqli olaraq hərbi əsirlər, düşmənin yaralı
hərbi qulluqçuları, mülki əhali, o cümlədən meyitləri ilə Cenevrə
Konvensiyaları və onlara əlavə edilmiş protokolların tələblərinə uyğun
davranmaqla bərabər, mərhəmət və hörmət nümayiş etdirir. Azərbaycan ordusu,
qıza, gəlinə, uşağa, qocalara, ümumilikdə mülki şəxslərə əl qaldırmır. Buradan isə sözüm bir sıra sosial media
istifadəçilərinə və bəzi mediaçılaradır. Əfəndilər! Belə təxribat dolu
videonu nəyə görə paylaşırsınız? Videonu paylaşmadan öz fikrinizi bildirməniz
doğru olmazmı? Eyni zamanda bu günlərdə Azərbaycan jurnalistlərinin VIII
qurultayında iştirak edən jurrnalistlərin sayı gözümün önünə gəldi və yadıma Dövlət tərəfindən həm evlə təmin
edilən, Dövlətin maddi və mənəvi dayaq
olduğu mediaçıların bir qismini xatırladım. Barmaqla sayılası
mediaçılar istisna olmaqla həmin bir qismədirsualım, nəyə görə bu və buna bənzər proseslərdə mövqeyinizi
bildirmirsiniz? Niyəsusursunuz? Dövlət
sizə daha nə etməlidir? Müzəffər Azərbaycan ordusu! Şanlı Azərbaycan əsgəri!
Sənin mərhəmətin dillərə dastandır, bütün dünyanın gözü önündə neçə-neçə düşmən
yaralısını kürəyinə alıb güllə altından döyüş meydanından çıxardıb tibbi yardım
göstərdiyin tarixi xronikalar gözümüzün önündə, düşmənin yaralı əsgərini xilas
edərkən yaralanan və şəhadətə qovuşan
tibbi personallarımızı da unutmadıq. Yaralı düşmən əsgərinə üşüməsin deyə qalın
geyim verən qəhrəman əsgərlərimizi də. Düşmənin qoyub qaçdığı uşaq, qoca, qadınlarının sənin
mərhəmətinlə necə əhatə olduqlarını da
bütün dünya görüb. Müzəffər Azərbaycan ordusu! Səninləyik!!! Səninləyik
qəhrəman Azərbaycan əsgəri! Sənə uzanan xəyanət əllər kəsilər, şər dillər
susdurular! Sən isə Vur! Vur! Elə vur ki, qoy agah olsun hər kəsə
– Nə satılmaz, nə verilməz yada Vətən!!! Yolun açıq olsun! Tanrı şəhidlərimizə rəhmət eləsin!