SON DƏQİQƏ
» » Qubanın Qırız kəndindəki donmuş şəlaləyə FOTOsəyahət

Qubanın Qırız kəndindəki donmuş şəlaləyə FOTOsəyahət

Tarix:

14-01-2019, 08:00

/ 11 447 dəfə oxundu.
Qubanın Qırız kəndindəki donmuş şəlaləyə FOTOsəyahət

Quba rayonunun Qırız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir.

GunAz.az AZƏRTAC-a istinadən bildirir ki, dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə yerləşən Qırız kəndi Ağ dağın ətəyində, Qudyalçayın sahilində yerləşir. Bu ucqar dağ kəndinin ətrafında bir necə bulaq, şəlalə və mağara var.

Quba rayonunun gəzməli-görməli yerlərindən sayılan Qırız kəndinə gələn turistlərin sayı son illər xeyli artıb. Xüsusilə əsrarəngiz dağlıq və təbiət mənzərələrini seyr etməyi sevən ekoturizm həvəskarları bura səyahət edir.

Qırıza səyahət turlarının təşkilatçılarından olan Mürsəl Qasımov bildirir ki, turistlər kəndlə yanaşı, buradan 2-3 kilometr məsafədə yerləşən donmuş şəlaləyə ekskursiya etməyi xoşlayırlar. Həm yay, həm də qış aylarında bu şəlalərə yüzlərlə turist səyahət edir. Turistlər Qırız kəndinə kimi avtomobillə, şəlaləyə olan yolu isə piyada gedirlər.

Mürsəl Qasımovun Qırız kəndində səyahət zamanı çəkdiyi fotoları təqdim edirik.

Qubanın Qırız kəndindəki donmuş şəlaləyə FOTOsəyahət

 

Qubanın Qırız kəndindəki donmuş şəlaləyə FOTOsəyahət

 

Qubanın Qırız kəndindəki donmuş şəlaləyə FOTOsəyahət

 

скачать dle 12.1

Şərhlər