SON DƏQİQƏ

CNN Batabatın üzən adasından yazıb

Tarix:

21-12-2018, 10:34

/ 10 383 dəfə oxundu.
CNN Batabatın üzən adasından yazıb

CNN kanalının rəsmi saytında ərəb dilində Batabat haqqında məlumat yerləşdirilib. 

GunAz.az xəbər verir ki, məqalədə  Şahbuz rayonu ərazisində yerləşən Batabat gölləri və məşhur Üzən adadan söz açılıb.  “Batabatı hər bir azərbaycanlı ailəsi çox yaxşı tanıyır. Əlbəttə siz də gölün ortasında üzən ekzotik adanı görmək şansınızı əldən verməzsiniz” –deyə oxuculara müraciət olunur. 

Sonra isə dəniz səviyyəsindən 2500 metr hündürlükdə yerləşən  Batabat gölləri, yaşıllıqlar, ətrafdakı dağ yamacları və rəngbərəng çiçəklərlə örtülü çəmənlərdə ailələrin istirahət etməsi ilə bağlı geniş məlumat verilib. “Batabat gölü yaşıllıqla əhatələnib. Bu gölün ortasındakı yaşıllıq isə ayrıca bir adadır. Bu ada bitki kütləsindən yarandığı üçün gölün dibi ilə bağlılığı yoxdur. Buna görə də suyun üzərində müxtəlif istiqamətlərə üzür. Bu sadəcə əsrarəngiz bir  gözəllikdir”.

 

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ