SON DƏQİQƏ

78 siam timsahları qaçdı

Tarix:

4-10-2017, 21:45

/ 887 dəfə oxundu.
78 siam timsahları qaçdı

Çinin Siçuan bölgəsindəki fermadan 78 cavan siam timsahları qaçıb.

Gunaz.az musavat.com-a istinadən bildirir ki, təmir zamanı təsadüfən konteynerin qapıları açıq qalıb və 78 timsah azadlığa çıxıb.

Son nəticədə onların böyük bir qismi yaxalanıb, beşi isə aradan çıxmağı bacarıb. Bölgə rəhbərliyi axtarış qruplarını işə qoşublar və ümid edirlər ki, ya itən timsahları tapacaqlar, ya da onların ölməsi ilə bağlı hər hansı bir ip ucu əldə edəcəklər. Cavan siam timsahları insanlar üçün hər hansı təhlükə təşkil etmir. Əgər onlar sağ qalıb, çaya qədər özlərini çatdırsalar, böyüyə və arta bilərlər. Buna bənzər presedentlər Floridada da zaman-zaman baş verib.

Siam timsahları Kambocada, İndoneziyada, Malaziyada, Laosda, Myanmedə, Vyetnamda, Taylandda və Kalimantan sahillərində daha çox görünür. Onlar 3-4 metr uzunluğuna qədər böyüyürlər. Bu növ artıq yox olmaq üzrədir. Yer üzündə ümumən bu heyvanlardan cəmi 5 min dənə qalıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ