SON DƏQİQƏ

Niyə leş yeyən quşlar diri ovla QİDALANMIR?

Tarix:

21-10-2025, 16:23

/ 3 675 dəfə oxundu.
Niyə leş yeyən quşlar diri ovla QİDALANMIR?

Onlar istəsələr, ov üçün digər heyvanlarla rəqabət apara bilərlər. Amma onları tam başqa rolu var sanki, ölü heyvanların təmizləyicisi rolu.
Leş yeyən quşlar həm təbiətin təmizlik xidməti, həm də infeksiya zəncirinin pozulmasında əsas qoruyucu halqadır. Onlar olmasaydı, çürüyən cəsədlər xəstəliklərin yayılması üçün münbit şərait yaradardı.
Onların həzm sistemi bu həyat tərzinə tam uyğunlaşıb. Leş yeyən quşların mədəsindəki turşuluq çox güclüdür. Bu turşu, taun, quduzluq və qarayara kimi xəstəliklərə səbəb olan bakteriyaları asanlıqla məhv edir.
Hətta bəzi metalları qismən korroziyaya uğrada bilər, buna görə də bəzən deyirlər ki, heyvanın bədənindəki qurğuşun gülləni belə əridə bilir. Bu, tam olmasa da, qismən doğrudur.
Buna baxmayaraq, bəzi mikroorqanizmlər bu sərt şəraitdə belə sağ qalır, amma quşun bağırsağından kənara çıxa bilmir. Onların bağırsaq divarları və immun sistemi elə qurulub ki, zərərli mikrobların bədənə yayılmasına imkan vermir.
Güclü dimdik və iti caynaqlara baxmayaraq, leş yeyən quşlar hücum üçün yaranmayıblar. Onlar həm də çox sürətli uça bilmirlər. Caynaqları isə diri ov tutmaq üçün yox, qayalarda möhkəm dayanmaq və hərəkətsiz qidanı didmək üçündür.
Sürəyya HACIYEVA
скачать dle 12.1

Şərhlər