1941-45-ci il müharibəsindən sonra kənddən müharibə adıyla çıxan Fətiş (şərti ad)adlı kişi gedib haralardasa baş girələyib qayıdır. Özü kəndə xəbər yaydırır ki, bəs Fətiş kişi müharibədən gəlib, ziyarət eləmək lazımdır. El-oba, qohum-əqraba toyuq, qutu şokalad, şirniyyat, meyvə filan götürüb tökülür bunun qapısına. Fətiş kişi də bir qara rəngdə təzə kostyum geyinir, taxçada gözünə sataşan medalı da götürüb yaxasına taxır.
Axşam hamı toplaşır, Fətiş kişi də başlayır goplamağa. Nemesləri belə qovdum, elə öldürdüm, yaxasındakı medalı da göstərərək, qürurla deyir ki, bunu da yoldaş Stalin verdi, dedi Fətiş kişi nemeslərin anasını ağlatmısan.
Hamı Fətiş kişini təbrik edir, marçamarç öpür, medala əlini sürtür.
Elə bu zaman kənddən Bakıya oxumağa gedən bir cavan Fətişgilə gəlir. Fətişlə görüşüb medalına baxır, birdən qəşş edib gülməyə başlayır.
Məlum olur ki, Fətiş kişi yaxasına heç kimin başa düşməyəcəyinə əmin olduğundan arvadına "çox uşaqlı analar üçün" verilmiş "Qəhrəman ana" medalını taxıbmış.

Elyar İSLAMOĞLU