
Görkəmli rus yazıçısı, filosof və publisist Fyodor Dostoyevskinin yaşadığı mənzil satışa çıxarılıb.
GunAz.az xəbər verir ki, söhbət mərhum yazarın Sankt-Peterburqdakı mənzildən gedir. Şəhərin mərkəzindəki mülk 25,5 milyon rubla (466,603 manat) satışa çıxarılıb.
“Yoxsul insanlar” adlı romanı məhz bu mənzildə yazılıb deyə, satış elanında deyilir.