SON DƏQİQƏ
» » Sosial şəbəkələrlə bağlı daha bir YENİLİK

Sosial şəbəkələrlə bağlı daha bir YENİLİK

Tarix:

17-11-2022, 18:39

/ 2 409 dəfə oxundu.
Sosial şəbəkələrlə bağlı daha bir YENİLİK

FİFA dünya çempionatı zamanı kiberhücumlarla mübarizə aparacaq.

Ali futbol qurumu bununla bağlı xüsusi xidməti işə salacaq.

Məsələ ilə bağlı FİFA prezidenti Canni İnfantino açıqlama verib: "FIFA oyunçuların bacarıqlarını tam göstərməsi üçün ən yaxşı şəraiti təmin etməyə sadiqdir. Qətərdə keçiriləcək dünya çempionatı zamanı oyunçuları sosial media şərhlərinin yarada biləcəyi dağıdıcı təsirlərdən qorumağa kömək edəcək xidmət işə salacağıq. Sosial media dəstəyi futbolçuların oyunlardan sonra müəyyən müddət ərzində təhqiredici mesajlar görməsinin qarşısını alacaq.

 

FİFA bütün dünya çempionatı iştirakçılarının sosial media hesablarını təhqir və təhdidlərə görə yoxlayacaq, sonra isə pozuntular barədə sosial şəbəkələrə və hüquq-mühafizə orqanlarına məlumat verəcək. Komandalar, oyunçular və mundialın digər fərdi iştirakçıları da təhqiredici şərhləri gizlədən, onları görməyin qarşısını alan moderator xidmətini aktivləşdirə biləcəklər. Etiraf edək ki, sosial şəbəkələrdən bu cür sui-istifadə oyunçuların psixi sağlamlığına və ailələrinə təsir edir.

Ümid edirik ki, sosial medianın müdafiəsi xidməti təhqirlərə qarşı mübarizədə başlanğıc nöqtəsi olacaq və sosial şəbəkələr dünya çempionatı zamanı bu problemin həllində bizə dəstək olacaq”.

скачать dle 12.1

Şərhlər