SON DƏQİQƏ

FİFA açıqladı- Bu tarixdə olacaq

Tarix:

22-03-2022, 09:49

/ 1 746 dəfə oxundu.
FİFA açıqladı- Bu tarixdə olacaq

FIFA bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün bilet satışlarının yeni tarixlərini açıqlayıb.

Satış martın 23-də Bakı vaxtı ilə saat 14:00-da başlayacaq və martın 29-u günortayadək davam edəcək.

Tamaşaçılar bu mərhələdə üç kateqoriyalı - tək matçlar, konkret komandaların iştirak etdiyi oyunlar və dörd stadionda oynanılacaq qarşılaşmalar üçün biletlər əldə edə biləcəklər. Alışdan sonra bütün əcnəbi azarkeşlər ölkəyə daxil olmaq və stadionlara giriş əldə etmək üçün Qətərdə yerləşmə planlarını təqdim etməli olacaqlar.

FIFA əvvəlki dünya çempionatları ilə müqayisədə bilet alışına qoyulan məhdudiyyətləri yumşaldıb. İndi bir şəxs bir oyun üçün altıyadək, bütün turnir üçün isə 60-dək bilet sifariş edə bilər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ