SON DƏQİQƏ
» » Nərminin qətli ilə bağlı dəhşətli fakt üzə çıxdı

Nərminin qətli ilə bağlı dəhşətli fakt üzə çıxdı

Tarix:

5-06-2023, 19:32

/ 3 297 dəfə oxundu.
Nərminin qətli ilə bağlı dəhşətli fakt üzə çıxdı

Bu, Tovuzda oğurlanıb öldürülmüş Nərmin Quliyevanın atası Şərif Quliyevin Qarabağ müharibəsində hərbi hissədən qaçdığını sübut edən sənəddir.

Bu sözləri jurnalist Aytən Məmmədova qeyd edib.

"Necə olursa, 30 il keçir, "Nərmin olayı”ndan dərhal sonra ona (Ş.Quliyev) "Müharibə veteranı” adı və vəsiqəsi verilir. Müharibə vaxtı qaçan adam üçün "Müharibə veteranı” vəsiqəsini hadisədən sonra kimlər təşkil edib? Hansı xidmətlərinə görə? Niyə məhz bu hadisədən sonra?

Şərif həmin gün axşam saat 6-da qardaşıgilə gedəcəkdi. Nə ehtiyac var idi ki, günorta qızını gödəkçəyə görə oraya göndərirdi? Nərmin gəlib çıxmır, arxasınca ondan bir yaş böyük qızı Şəbnəmi göndərir. Şəbnəm də qayıdıb, xəbər verib ki, əmimgil deyir, bir saatdır Nərmin çıxıb gedib. Normalda ata neyləməlidir? Narahat olub qızını axtarmalıdır. Bu isə heç bir addım atmır, qızını axtarmır. Üstündən 3-4 saat keçəndən sonra – axşam saat 6-da qardaşıgilə yollanır (o qardaşı ki Nərmini gödəkçəyə görə onlara göndərmişdi), onlarla birlikdə qonşu kəndə qardaşı qızının toyaxşamına gedir. Orada yeyib-içirlər, axşam saat 8-9 radələrində geri qayıdırlar. Gecə təxminən 11 radələrində – iş-işdən keçəndən sonra polisə uşağın itkin düşdüyünü xəbər verirlər”, – deyə Aytən Məmmədova bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ