SON DƏQİQƏ

Nərmin Hümbətova qətli ilə bağlı son durum

Tarix:

9-02-2022, 14:13

/ 1 410 dəfə oxundu.
Nərmin Hümbətova qətli ilə bağlı son durum

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclasında şahid dindirilib.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində N.Quliyevanın əmisi oğlu Ayxan Quliyev yenidən ifadə verib.

Elan olunub ki, təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandıran A.Quliyevin verdiyi ifadə yenə də istintaq zamanı verdiyi ifadələrlə ziddiyyət təşkil edir.

 

O ifadəsində bildirib ki, N.Quliyeva onlara gələrək atasının gödəkçəsi aparmaq istəyib: "Mən ona gödəkcənin yerini dedim, sonra Nərmin gödəkcəni götürməyə getdi. Ona dedim ki, gözlə, gödəkçəni qoymaq üçün çanta gətirim. Qayıdanda Nərmin qapını açıb getmişdi. Daha sonra ondan xəbərim olmadı".

Növbəti məhkəmə prosesi fevralın 11-nə təyin olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ