SON DƏQİQƏ

Nərmin Quliyeva qətlində son durum

Tarix:

27-10-2021, 20:11

/ 3 395 dəfə oxundu.
Nərmin Quliyeva qətlində son durum

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Quliyevanın əmisi Arif Quliyev yenidən şahid qismində ifadə verib.

O, təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandırıb.

Qeyd edək ki, A.Quliyev ötən prosesdə də ifadə vermişdi, lakin təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandırarkən ortaya ziddiyyətli cavablar çıxdığından ifadəsinin növbəti məhkəmədə davam etdirilməsinə qərar verilmişdi.

Məhkəmənin növbəti iclası noyabrın 3-nə təyin edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ