SON DƏQİQƏ

Banklarda bu qaydalar dəyişdiriləcək

Tarix:

5-06-2018, 13:09

/ 10 280 dəfə oxundu.
Banklarda bu qaydalar dəyişdiriləcək

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Ödəniş sistemləri və alternativ xidmət kanalları" üzrə ekspert qrupu, həmçinin "Komplayns" üzrə ekspert qrupunun üzvləri arasında görüş keçirilib.

 

Gunaz.az  xəbər verir ki, ABA-dan APA-ya verilən məlumata görə, görüşdə MBNP tərəfindən mövcud tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi ilə əlaqədar "Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydası" üzrə hazırlanmış dəyişikliklər layihəsi müzakirə edilib.

Bu məsələ ilə ilə bağlı bankların təklifləri dinlənilib və sonda hər bir bankın rəyinin hazırlanaraq ABA-ya təqdim olunması qərara alınıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

скачать dle 12.1

Şərhlər