SON DƏQİQƏ

Bu mallar vergidən tam azad olunacaq - Qərar

Tarix:

18-05-2018, 20:14

/ 10 274 dəfə oxundu.
Bu mallar vergidən tam azad olunacaq - Qərar

Standart mübadilə sistemi çərçivəsində əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təqdim olunan zaman idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda əksini tapıb.

İndiyə qədər əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təmir edilən zaman gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ