SON DƏQİQƏ
» » ADY Dərnəgül dayanacağından rayonlara birbaşa qatar reyslərinə start verir

ADY Dərnəgül dayanacağından rayonlara birbaşa qatar reyslərinə start verir

Tarix:

13-05-2026, 09:54

/ 3 092 dəfə oxundu.
ADY Dərnəgül dayanacağından rayonlara birbaşa qatar reyslərinə start verir

Azərbaycan Dəmir Yolları QSC iyunun 6-dan etibarən yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından rayonlara birbaşa qatar reyslərinə başlayır.

Qurumdan GunAz.az-a verilən məlumata görə, sərnişinlər artıq Dərnəgül dayanacağından:

Bakı–Qazax–Bakı,
Bakı–Ağstafa–Bakı (əlavə reyslər),
Bakı–Balakən–Bakı,
Bakı–Qəbələ–Bakı marşrutları üzrə səfər edə biləcəklər.

Bildirilib ki, biletləri rəsmi internet saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə etmək mümkündür.

скачать dle 12.1

Şərhlər