ADY Dərnəgül dayanacağından rayonlara birbaşa qatar reyslərinə start verir

ADY Dərnəgül dayanacağından rayonlara birbaşa qatar reyslərinə start verir

Azərbaycan Dəmir Yolları QSC iyunun 6-dan etibarən yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından rayonlara birbaşa qatar reyslərinə başlayır.

Qurumdan GunAz.az-a verilən məlumata görə, sərnişinlər artıq Dərnəgül dayanacağından:

Bakı–Qazax–Bakı,
Bakı–Ağstafa–Bakı (əlavə reyslər),
Bakı–Balakən–Bakı,
Bakı–Qəbələ–Bakı marşrutları üzrə səfər edə biləcəklər.

Bildirilib ki, biletləri rəsmi internet saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə etmək mümkündür.

скачать dle 12.1
Geri qayıt