SON DƏQİQƏ
» » Mərkəzi Bank lombard fəaliyyətini tənzimləməyə hazırlaşır

Mərkəzi Bank lombard fəaliyyətini tənzimləməyə hazırlaşır

Tarix:

4-02-2026, 12:16

/ 3 254 dəfə oxundu.
Mərkəzi Bank lombard fəaliyyətini tənzimləməyə hazırlaşır

Azərbaycan Mərkəzi Bankı "Lombardlar haqqında" qanunun yeni layihəsini hazırlayıb.
Gunaz.Az xəbər verir ki, bunu AMB-də keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.
"Bu qanunun qəbulu hədəfimizdir və AMB bu sahədə daha çox istehlakçıların hüquqlarının müdafiəsinə fokuslanacaq", - deyə o qeyd edib.
Bundan başqa, T.Kazımov lizinq haqqında yeni qanunun qəbul olunacağını da xatırladıb: "Həmin qanunun layihəsi də hazırdır, müvafiq dövlət qurumlarının rəyi alınır, düşünürəm ki, sənəd bu il qəbul olunacaq".
скачать dle 12.1

Şərhlər