SON DƏQİQƏ
» » “Günay Bank” və “Muğan Bank” niyə bağlandılar? - Taleh Kazımov açıqladı

“Günay Bank” və “Muğan Bank” niyə bağlandılar? - Taleh Kazımov açıqladı

Tarix:

1-11-2023, 15:59

/ 400 dəfə oxundu.
“Günay Bank” və “Muğan Bank” niyə bağlandılar? - Taleh Kazımov açıqladı

“Bankların hesabatlılığı düzgün aparılmadığı üçün bağlandılar”.

Gunaz.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarının açıqlanmasına həsr olunan mətbuat konfransı zamanı AMB sədri Taleh Kazımov deyib.

Sədr maliyyə problemi olduğunu qeyd edib:

“Yoxlamalar zamanı hər iki bankda - “Günay Bank” və “Muğan Bank”da hesabatlılığın düzgün aparılmadığı aşkarlandı. Məhz bu səbəbdən də bağlandı.

Biz yerində nəzarət etdik. Kapital çatışmazlığı aşkarlandı. Buna görə həmin bankların lisenziyasını ləğv etdik”.

T.Kazımov sonda məqsədli şəkildə bu məsələ ilə bağlı qalmaqal yaradıldığını əlavə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ