SON DƏQİQƏ
» » Dünya iki ticarət blokuna bölünür: Bu nəhəng dövlətin iqtisadiyyatı məhv olacaq

Dünya iki ticarət blokuna bölünür: Bu nəhəng dövlətin iqtisadiyyatı məhv olacaq

Tarix:

31-10-2023, 16:50

/ 642 dəfə oxundu.
Dünya iki ticarət blokuna bölünür: Bu nəhəng dövlətin iqtisadiyyatı məhv olacaq

Ümumdünya Ticarət Təşkilatının prezidenti Yaxın Şərq və Ukraynada davam edən münaqişələrə görə dünyanın iki ticarət blokuna bölünməsi təhlükəsinə diqqət çəkib. Rəsminin açıqlamalarına görə, qlobal iqtisadiyyat artımını 5 faiz itirə bilər.

Gunaz.az xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatının ( ÜTT ) Baş direktoru Nqozi Okonjo-İveala xəbərdarlıq edib.

O qeyd edib ki, qlobal iqtisadiyyat hər kəs üçün çox baha başa gələn parçalanma əlamətləri göstərir:

“İsrail-HƏMƏS münaqişəsinin genişlənməsi və Yaxın Şərqə yayılması qlobal artıma təsir edir. Yaxın Şərq dünyada neft və qazın çox hissəsinin çıxdığı bölgələrdən biridir. 2024-cü il üçün proqnoz nisbətən normaldır. Artımın 3,3 faiz civarında olacağı gözlənilir.

Risklər əsasən mənfi istiqamətdədir. Dünya iki ticarət blokuna bölünsə, qlobal ÜDM uzunmüddətli perspektivdə 5 faiz azalacaq. Bu da böyük itki deməkdir hansı ki, bütün Yaponiya iqtisadiyyatı məhv olacaq”.

Bununla belə, əmtəə və xidmət ticarətinin həcmi təxminən 31 trilyon dollardır. Bu ayın əvvəlində ÜTT 2023-cü il üçün qlobal ticarət artımı proqnozunu istehsal sektorunda yavaşlamanın dərinləşməsini əsas gətirərək əvvəllər proqnozlaşdırılan 1,7 faizdən 0,8 faizə endirib.

скачать dle 12.1

Şərhlər