Ümumdünya Ticarət Təşkilatının prezidenti Yaxın Şərq və Ukraynada davam edən münaqişələrə görə dünyanın iki ticarət blokuna bölünməsi təhlükəsinə diqqət çəkib. Rəsminin açıqlamalarına görə, qlobal iqtisadiyyat artımını 5 faiz itirə bilər.
Gunaz.az xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatının ( ÜTT ) Baş direktoru Nqozi Okonjo-İveala xəbərdarlıq edib.
O qeyd edib ki, qlobal iqtisadiyyat hər kəs üçün çox baha başa gələn parçalanma əlamətləri göstərir:
“İsrail-HƏMƏS münaqişəsinin genişlənməsi və Yaxın Şərqə yayılması qlobal artıma təsir edir. Yaxın Şərq dünyada neft və qazın çox hissəsinin çıxdığı bölgələrdən biridir. 2024-cü il üçün proqnoz nisbətən normaldır. Artımın 3,3 faiz civarında olacağı gözlənilir.
Risklər əsasən mənfi istiqamətdədir. Dünya iki ticarət blokuna bölünsə, qlobal ÜDM uzunmüddətli perspektivdə 5 faiz azalacaq. Bu da böyük itki deməkdir hansı ki, bütün Yaponiya iqtisadiyyatı məhv olacaq”.
Bununla belə, əmtəə və xidmət ticarətinin həcmi təxminən 31 trilyon dollardır. Bu ayın əvvəlində ÜTT 2023-cü il üçün qlobal ticarət artımı proqnozunu istehsal sektorunda yavaşlamanın dərinləşməsini əsas gətirərək əvvəllər proqnozlaşdırılan 1,7 faizdən 0,8 faizə endirib.