SON DƏQİQƏ
» » Türk lirəsinin sürətlə ucuzlaşmağının səbəbi budur - Ekspert

Türk lirəsinin sürətlə ucuzlaşmağının səbəbi budur - Ekspert

Tarix:

31-05-2023, 09:21

/ 1 579 dəfə oxundu.
Türk lirəsinin sürətlə ucuzlaşmağının səbəbi budur - Ekspert

Türk lirəsinin dəyərini itirməsinin əsas səbəbi Türkiyənin özünün iqtisadi vəziyyətidir. Çünki zəlzələdən sonra çoxlu pul lazımdır. Valyuta dəyərlərində və turist sayında isə gözlənilən qədər artım hələ ki yoxdur.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli son iki gündə bir dolların 20,4 lirəyə qalxmasını şərh edərkən deyib.

Ekspert bildirib ki, sözügedən nüanslar ölkəyə valyuta daxilolmalarının azalmasına səbəb olub:

"Seçkilərdən sonra da investorlar Rəcəb Tayyib Ərdoğanın həmin siyasəti (faizləri aşağı çəkmək) davam etdirəcəyini düşünürlər. Ona görə də türk lirəsi ucuzlaşır”.

Onun sözlərinə görə, hazırda Türkiyə hökuməti lirənin ucuzlaşmasının qarşısı heç cür qarşısı ala bilməz:

"Yalnız böyük həcmdə kredit götürməlidir. O zaman problemi yüngülləşdirmək mümkün ola bilər"//axar.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ