SON DƏQİQƏ

Türk lirəsi rekord həddə ucuzlaşıb

Tarix:

23-03-2018, 18:38

/ 10 339 dəfə oxundu.
Türk lirəsi rekord həddə ucuzlaşıb

Bu gün Türkiyənin milli valyutası – lirə ABŞ dolları qarşısında rekord həddə ucuzlaşıb.

Gunaz.az Report-a istinadən xəbər verir ki,  Gecə saatlarında dünya valyuta bazarında 1 dollar 4,03 lirəyə bərabər olub.

Bu isə Amerika valyutasının lirə ifadəsində indiyə qədər qeydə alınmış ən yüksək həddidir. Bununla belə, tədricən TRY/USD nisbəti azalıb və hazırda 3,95 ətrafında dəyişir.

Lirənin dəyərini itirməsi ilə bağlı danışan Türkiyə baş nazirinin müavini Mehmet Şimşek bildirib ki, lirənin dəyərini itirməsi davamlı olmayacaq: “İnflyasiyanın tək rəqəmli olacağına inanırıq. Lirənin dəyərini itirməsi bir az iqtisadi proseslər, bir az da Türkiyədəki və xaricdəki hadisələrlə bağlıdır”.

Türkiyənin baş naziri Binəli Yıldırım məsələ ilə bağlı qeyd edib ki, məzənnədə dalğalanmalar ola bilər, lakin təsiri məhdud və müvəqqətidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ