SON DƏQİQƏ
» » Binəli Yıldırım Merkellə Afrini müzakirə edəcək

Binəli Yıldırım Merkellə Afrini müzakirə edəcək

Tarix:

14-02-2018, 10:53

/ 2 065 dəfə oxundu.
Binəli Yıldırım Merkellə Afrini müzakirə edəcək

Türkiyənin Baş naziri Binəli Yıldırım Belarus səfəri öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Gunaz.az xəbər verir ki, Yıldırım Belarusda keçiriləcək görüşlərdən sonra 15 fevralda Almaniyaya səfər edəcəyini bildirib. Baş nazir səfər çərçivəsində Almaniya kansleri Angela Merkellə görüşəcəyini deyib.

“Türkiyə və Almaniya arasında münasibətlər güclü təməllərə sahibdir. İki ölkə arasında mövcud olan bütün məsələləri ətraflı müzakirə etmək üçün fürsətimiz olacaq. “Zeytun budağı” əməliyyatı, terrorla mübarizə də daxil olmaqla, bir çox sahə dəyərləndiriləcək”, - Yıldırım bildirib.

Qeyd edək ki, Merkellə görüşdükdən sonra Münhenə yollanacaq Binəli Yıldırım Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ