SON DƏQİQƏ

Mahir Emreli ilə bağlı daha bir xəbər

Tarix:

29-08-2022, 20:33

/ 2 028 dəfə oxundu.
Mahir Emreli ilə bağlı daha bir xəbər

Mahir Emreli yenidən "Qarabağ”da çıxış edə bilər.

Hazırda Ağdam klubunun təmsilçiləri futbolçunun müqavilə ilə məxsus olduğu "Dinamo” (Zaqreb) ilə danışıqlar aparır.
Əgər müsbət nəticə əldə olunsa, Mahir Emreli mövsümün sonunadək icarə qaydasında sabiq komandasında oynayacaq.

Ağdam təmsilçisində də İbrahima Vadjinin "Sent-Etyen”ə transferindən sonra hücumçu almağı zəruri edib. "Qol.az” saytının əldə etdiyi məlumata görə, bu səbəbdən "Qarabağ” Mahir üçün "Dinamo” ilə hazırda danışıqlar aparır.
Maksimum qarşıdakı 2 gündə transferin alınıb-alınmayacağı qətiləşəcək. Qeyd edək ki, M.Emreli bu ilin fevralında "Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.
скачать dle 12.1

Şərhlər