SON DƏQİQƏ

Barselona və Real oyununun nəticəsi

Tarix:

21-03-2022, 08:09

/ 1 698 dəfə oxundu.
Barselona və Real oyununun nəticəsi

Martın 21-də futbol üzrə İspaniya La Liqasında "Real Madrid" və "Barselona" komandaları arasında növbəti "El-Klassiko" keçirilib.

XXIX turun "Santyaqo Bernabeu" stadionunda baş tutan qarşılaşmasında hesabı 29-cu dəqiqədə Usman Dembelenin ötürməsi ilə Pyer-Emerik Obameyanq açıb. Bu qoldan sonra Pyer-Emerik Obameyanq "El-Klassiko"da qol vuran ilk qabonlu oyunçu kimi tarixə düşüb.

Otuz səkkizinci dəqiqədə Ronaldo Arauxo Dembelenin ötürməsi ilə "Barselona”nın hesabdakı üstünlüyünü artırıb - 0:2. Matçın 47-ci dəqiqəsində Ferran Torres Obameyanqın ötürməsini qola çevirib – 3:0. Lakin "Barsa” təmsilçiləri bunlarla yekunlaşmayıb – qarşılaşmanın 51-ci dəqiqəsində Pyer-Emerik Obameyanq dubl edərək hesab arasındakı fərqi dörd topa çatdırıb. Qabonlu futbolçunun qolu VAR sisteminə müraciət edildikdən sonra qeydə alınıb.

Beləliklə, "Barselona" son 7 görüşdə ilk dəfə "Real Madrid"ə qalib gələrək, La Liqadakı şəxsi qarşılaşmalarda topların nisbətində bərabərliyi təmin edib - 76:76.

Məğlubiyyətə baxmayaraq, "Kral klubu" 29 oyundan sonra 66 xalla liderdir, rəqibindən bir oyun az keçirən Kataloniya təmsilçisi 54 xalla 3-cü pilləyə yüksəlib.

скачать dle 12.1

Şərhlər