SON DƏQİQƏ

Konfrans liqasında son oyunun nəticələri

Tarix:

11-03-2022, 08:16

/ 1 457 dəfə oxundu.
Konfrans liqasında son oyunun nəticələri

Futbol üzrə UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Son 4 matçın üçündə meydan sahibləri qalib gəlib, birində isə heç-heçə qeydə alınıb.

 

Bu raundun diqqət çəkən matçlarından biri Fransada baş tutub. Pley-off mərhələsində "Qarabağ”ı mübarizədən kənarlaşdıran "Marsel” "köhlən atlar”la eyni qrupda yer almış İsveçrə "Bazel”ini qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa təmsilçisinin heyətində hər 2 qolu Arkadiuş Milik vurub. 19-cu dəqiqədə penaltidən fərqlənən polşalı hücumçu 68-ci dəqiqədə dubl edib. Qonaqların yeganə qoluna isə 80-ci dəqiqədə Sebastyano Espozito imza atıb.

UEFA Konfrans Liqası

1/8 final, ilk oyunlar

10 mart

00:00. "Marsel" (Fransa) - "Bazel" (İsveçrə) - 2:1

00:00. "Lester" (İngiltərə) - "Renn" (Fransa) - 1:0

00:00. PSV (Niderland) - "Kopenhagen" (Danimarka) - 4:4

00:00. "Budyo Qlimt" (Norveç) - AZ (Niderland) - 2:1

21:45. PAOK (Yunanıstan) - "Gent" (Belçika) - 1:0

21:45. "Slaviya" Praqa (Çexiya) - LASK (Avstriya) - 4:1

21:45. "Vitess" (Niderland) - "Roma" (İtaliya) - 0:1

21:45. "Partizan" (Serbiya) - "Feyenoord" (Niderland) - 2:5

Qeyd edək ki, cavab qarşılaşmaları martın 17-də keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ