SON DƏQİQƏ

Çempionlar Liqasında son nəticələr

Tarix:

20-10-2021, 08:26

/ 1 540 dəfə oxundu.
Çempionlar Liqasında son nəticələr

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.

İlk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan 2-si başa çatıb.

A qrupunda İngiltərənin "Mançester Siti” klubu Belçikada "Brügge”ni darmadağın edib - 5:1. "Şəhərlilər”in heyətində qolları Juan Kanselu, Riyad Mahrez (2), Kayl Uoker və Koul lamper vurublar. Meydan sahiblərindən isə Hans Vanaken fərqlənib.

C qrupunda "Beşiktaş” Türkiyədə Portuqaliya "Sportinq”i ilə üz-üzə gəlib. Görüş İstanbul təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qarşılaşmada hesabı 15-ci dəqiqədə Sebastyan Koates açıb. 24-cü dəqiqədə Kayl Larin tarazlığı bərpa etsə də, meydan sahiblərinin sevinci cəmi 3 dəqiqə çəkib. Koates dubl etməklə "Beşiktaş”ı ikinci dəfə meydanın mərkəzinə dəvət edib. 44-cü dəqiqədə penaltidən fərqlənən Pablo Sarabiya 3-cü qolu "qara qartallar”ın qapısından keçirib. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə Paulinyo qoyub.

***

Günün digər 6 qarşılaşmasının nəticələri aşağıdakı kimidir:

PSJ (Fransa) - "Leyptsiq" (Almaniya) - 3:2

"Portu" (Portuqaliya) - "Milan" (İtaliya) - 1:0

"Atletiko" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) - 2:3

"Ayaks" (Niderland) - "Borussiya" (Dortmund, Almaniya) - 4:0

"İnter" (İtaliya) - "Şerif" (Moldova) - 3:1

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Real Madrid" (İspaniya) - 0:5

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ