SON DƏQİQƏ
» » Avropa Liqasında son durum: Qalib olanlar və məğlub olanlar...

Avropa Liqasında son durum: Qalib olanlar və məğlub olanlar...

Tarix:

18-02-2022, 08:14

/ 2 570 dəfə oxundu.
Avropa Liqasında son durum: Qalib olanlar və məğlub olanlar...

UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlara yekun vurulub.

Son olaraq 4 qarşılaşma oynanılıb.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası İspaniyada "Sevilya"nın qonağı olub. Zaqreb təmsilçisi 1:3 hesabı ilə uduzub. Emreli görüşün 57-ci dəqiqəsində Deni Yuriçin əvəzinə meydana daxil olub.

"Atalanta" İtaliyada Yunanıstan "Olimpiakos"unu qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Portu" Portuqaliyada İtaliyanın "Latsio" klubunu eyni hesabla yenib.

İspaniyanın "Real Sosyedad" komandası Almaniyada "Leyptsiq"lə bərabərə qalıb - 2:2.

17 fevral

UEFA Avropa Liqası

Pley-off mərhələsi

00:00. "Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:1

00:00. "Atalanta" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) - 2:1

00:00. "Leyptsiq" (Almaniya) - "Real Sosyedad" (İspaniya) - 2:2

00:00. "Portu" (Portuqaliya) - "Latsio" (İtaliya) - 2:1

21:45. "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) - 1:121:45. "Zenit" (Rusiya) - "Betis" (İspaniya) - 2:3

21:45. "Şerif" (Moldova) - "Braqa" (Portuqaliya) - 2:0

21:45. "Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya) - 2:4

Qeyd edək ki, cavab qarşılaşmaları bir həftə sonra olacaq

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ