SON DƏQİQƏ
» » Çempionlar Liqası: Emrelinin komandası Estoniyada OYNAYACAQ

Çempionlar Liqası: Emrelinin komandası Estoniyada OYNAYACAQ

Tarix:

27-07-2021, 08:49

/ 2 882 dəfə oxundu.
Çempionlar Liqası: Emrelinin komandası Estoniyada OYNAYACAQ

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.

GunAz.az-ın məlumatına görə, ilk oyun günündə 4 matç keçiriləcək.

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Estoniyada "Flora”nın qonağı olacaq. İlk matçda Varşava təmsilçisi qələbə qazanıb - 2:1.

HİK Finlandiyada İsveçin "Malmö" komandasını sınağa çəkəcək. Helsinki klubu səfərdə rəqibinə 1:2 hesabı ilə uduzub. Məğlub komanda Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) cütünün uduzan tərəfi ilə görüşəcək.

Günün digər iki oyununda "Omoniya" Kiprdə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunu, "Jalgiris" isə Litvada Macarıstan "Ferentsvaroş"unu qəbul edəcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

27 iyul

20:00. "Flora” (Estoniya) - "Legiya” (Polşa)

İlk oyun: 1:2.

20:00. HİK (Helsinki, Finlandiya) - "Malmö" (İsveç)

İlk oyun: 1:2.

20:00. "Omoniya" (Kipr) - "Dinamo" (Zaqreb, Xorvatiya)

İlk oyun: 0:2.

21:00. "Jalgiris" (Litva) - "Ferentsvaroş" (Macarıstan)

İlk oyun: 0:2

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ