SON DƏQİQƏ
» » Çempionlar Liqası: Bu gün "Neftçi" - "Dinamo" (Tbilisi, Gürcüstan) QARŞILAŞIR

Çempionlar Liqası: Bu gün "Neftçi" - "Dinamo" (Tbilisi, Gürcüstan) QARŞILAŞIR

Tarix:

14-07-2021, 08:57

/ 1 650 dəfə oxundu.
Çempionlar Liqası: Bu gün "Neftçi" - "Dinamo" (Tbilisi, Gürcüstan) QARŞILAŞIR

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

GunAz.az-ın məlumatına görə, son oyun günündə 4 qarşılaşma baş tutacaq.

Günün ilk matçında Qazaxıstanın "Kayrat” və İsrailin "Makkabi" (Hayfa) klubları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

İlk oyunda Gürcüstanda Tbilisi "Dinamo"suna 2:1 hesabı ilə qalib gələn "Neftçi" bu dəfə rəqibini "Bakcell Arena"da qəbul edəcək. Oyun saat 21:00-da başlayacaq.

Azərbaycan azarkeşlərini yaxından maraqlandıran digər qarşılaşma isə Polşada keçiriləcək. Millinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" doğma azarkeşləri önündə Norveçin "Budyo Qlimt" komandasını sınağa çəkəcək.Varşava təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatan ilk matçda Emreli dubl edib.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunları

18:00. "Kayrat” (Qazaxıstan) - "Makkabi" (Hayfa, İsrail)

İlk oyun - 1:1

19:00. "Alaşkert" (Ermənistan) - "Konnas-Ki Nomads" (Uels)

İlk oyun - 2:2

21:00. "Neftçi" - "Dinamo" (Tbilisi, Gürcüstan)

İlk oyun - 2:1

22:00. "Legiya" (Polşa) - "Budyo Qlimt" (Norveç)

İlk oyun - 3:2

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ