SON DƏQİQƏ

Ronaldo öz antirekordunu təzələyib

Tarix:

9-02-2022, 09:06

/ 1 265 dəfə oxundu.
Ronaldo öz antirekordunu təzələyib

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu şəxsi antirekordunu təkrarlayıb.

37 yaşlı hücumçu 2010-cu ildən sonra ilk dəfə ardıcıl 5 oyunda qol vura bilməyib.

Təcrübəli forvard son olaraq "Börnli" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIV tur oyununda iştirak edib. Ronaldu qarşılaşmanın 68-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, portuqaliyalı hücumçu cari mövsüm Premyer Liqada 19 oyun keçirib, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Mançester Yunayted" 23 oyuna 39 xalla 5-ci, "Börnli" isə 20 oyuna 14 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ