SON DƏQİQƏ

Ronaldodan növbəti rekord

Tarix:

30-09-2021, 08:17

/ 4 236 dəfə oxundu.
Ronaldodan növbəti rekord

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu daha bir rekorda imza ataraq Avropa futbolunun tarixinə düşüb.

36 yaşlı hücumçu "Mançester Yunayted”in heyətində "Vilyarreal” a qarşı meydana çıxmaqla Çempionlar Liqasının tarixində ən çox oyun keçirən futbolçuya çevrilib.

Beləliklə, ÇL-da 178-ci oyununa çıxan forvard "Real” (Madrid) və "Portu”nun keçmiş qapıçısı İker Kasilyasın nəticəsini geridə qoyub.

 

Məlumat üçün qeyd edək ki, K.Ronaldu Çempionlar Liqasında bir oktyabr 2003-cü ildə debüt edib.

O zaman 18 yaşlı Ronaldu "Stutqart”a qarşı matçda meydana daxil olaraq bir məhsuldar ötürmə ilə yadda qalmağı bacarmışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ