SON DƏQİQƏ

"Neftçi"nin oyununda hadisə

Tarix:

24-01-2022, 17:03

/ 2 368 dəfə oxundu.
"Neftçi"nin oyununda hadisə

Neftçi"nin Türkiyənin Antalya şəhərində Polşanın "Qurnik" (Leçna) komandasına qarşı üçüncü yoxlama oyunu təyin olunan vaxtda başlamayıb.

Qarşılaşmanın startı Bakı vaxtı ilə saat 16:00-a təyin olunsa da, bu, gerçəkləşməyib.

Görüşün startını türkiyəli referi Yasin Duranın başçılıq etdiyi hakimlər briqadasının ləngiməsi yubadıb. Nəticədə matç 22 dəqiqə gecikib.

Bu müddətdə hər iki komandanın futbolçuları oyunöncəsi məşq ediblər.

Qeyd edək ki, "Neftçi" ilk sınağında Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı heç-heçə edib. Paytaxt təmsilçisinin Polşanın "Visla" (Plotsk) klubu ilə matçında da qalib müəyyənləşməyib - 1:1.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ