"Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Hazırlığın ilk mərhələsi yanvarın 5-dən 9-dək Bakıda keçiriləcək və fiziki hazırlığa həsr olunacaq.
Əsasən taktiki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə yanvarın 10-dan 25-dək Türkiyədə olacaq. Antalya şəhərinin Manavqat bölgəsindəki oteldə məskunlaşacaq "ağ-qaralar" sözügedən ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Paytaxt təmsilçisi yanvarın 14-də Macarıstanın "Kişvarda”, 19-da Polşanın "Visla” (Plotsk) klubu ilə qarşılaşacaq.