SON DƏQİQƏ
» » Boksla maraqlananların NƏZƏRİNƏ- Bu tarixdə...

Boksla maraqlananların NƏZƏRİNƏ- Bu tarixdə...

Tarix:

11-01-2022, 08:00

/ 2 035 dəfə oxundu.
Boksla maraqlananların NƏZƏRİNƏ- Bu tarixdə...

Yanvarın 11-də böyüklər arasında boks üzrə Azərbaycan çempionatına start veriləcək.

Azərbaycan Boks Federasiyasından  bildiriblər ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 29 komandanın 100 kişi boksçusu qatılacaq. Qaliblərin adına isə yanvarın 15-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaqlar və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, çempionatın baş hakimi Emil Qurbanəliyev olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ