SON DƏQİQƏ
» » Boks üzrə Azərbaycan çempionatı keçiriləcək

Boks üzrə Azərbaycan çempionatı keçiriləcək

Tarix:

10-01-2022, 23:54

/ 1 377 dəfə oxundu.
Boks üzrə Azərbaycan çempionatı keçiriləcək

Yanvarın 11-də böyüklər arasında boks üzrə Azərbaycan çempionatına start veriləcək.

Azərbaycan Boks Federasiyasından GunAz.az-a bildiriblər ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 29 komandanın 100 kişi boksçusu qatılacaq. Qaliblərin adına isə yanvarın 15-də aydınlıq gələcək.

 

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaqlar və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, çempionatın baş hakimi Emil Qurbanəliyev olacaq.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ