SON DƏQİQƏ
» » İlin ən yaxşı futbolçuları və klubu müəyyənləşdi

İlin ən yaxşı futbolçuları və klubu müəyyənləşdi

Tarix:

28-12-2021, 08:19

/ 1 327 dəfə oxundu.
İlin ən yaxşı futbolçuları və klubu müəyyənləşdi

Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

23 yaşlı forvard Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi "Globe Soccer Awards" versiyası üzrə bu ada layiq görülüb.

Futbolçu bu il Paris klubunun heyətində Fransa Kubokunun qalibi olub, eyni zamanda Liqa 1-in bombardiri adını qazanıb.

Digər mövqelər üzrə də ən yaxşıların adları açıqlanıb. Mbappenin komanda yoldaşı Canluici Donnarumma ən yaxşı qapıçı, İtaliya "Yuventus"unda çıxış edən Leonardo Bonuççi ən yaxşı müdafiəçi, Almaniya "Bavariya"sının oyunçusu Robert Levandovski isə ən yaxşı hücumçu seçilib. Polşalı forvarda həmçinin Maradona mükafatı təqdim olunub.

İlin komandası adına isə İngiltərə "Çelsi"si layiq görülüb. London klubu bu il UEFA Çempionlar Liqasını qazanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ