SON DƏQİQƏ

Levandovski ilin ən yaxşı hücumçusu seçildi

Tarix:

30-11-2021, 08:14

/ 1 355 dəfə oxundu.
Levandovski ilin ən yaxşı hücumçusu seçildi

"Bavariya”nın polşalı forvardı Robert Levandovski 2021-ci ilin ən yaxşı hücumçusu seçilib.

Bu Parisdə keçirilən "France Football"un mükafatlandırma mərasimində elan olunub.

Bu mükafat ilk dəfədir təqdim olunur və onu təqvim ilində ən çox qol vuran oyunçu alacaq.

33 yaşlı polşalı 2021-ci ildə Almaniya çempionu və ölkə superkubokunun sahibi olub. Ötən mövsüm o, "Bavariya"nın heyətində bütün turnirlərdə 40 oyun keçirib, 48 qol vurub və 9 məhsuldar ötürmə verib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ