SON DƏQİQƏ

"Qarabağ"ın qolunu saymadı- Təyinat aldı

Tarix:

14-12-2021, 20:26

/ 4 146 dəfə oxundu.
"Qarabağ"ın qolunu saymadı- Təyinat aldı

Qarabağ"ın İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzduğu UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda Ağdam klubunun vurduğu qolu qeydə almayan xorvatiyalı FIFA referisi Fran Yoviç ölkəsində vacib oyuna təyinat alıb.

37 yaşlı hakim I Liqada "Hayduk" və "Osiyek" komandaları arasında keçiriləcək derbi matçını idarə edəcək. Onun köməkçilərindən biri Ağdam klubunun "Bazel"lə oyununda yan xətt hakimi funksiyasını yerinə yetirmiş Luka Puşiç olacaq.

Qarşılaşma dekabrın 19-da keçiriləcək.

Qeyd edək ki, "Bazel" - "Qarabağ" görüşündə "köhlən atlar"ın yarımmüdafiəçisi Abdullah Zubirin vurduğu top qapı xəttini keçsə də, Fran Yoviç qolu qeydə almayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ