SON DƏQİQƏ

Qarabağ və Bazel oyununun son nəticələri

Tarix:

10-12-2021, 08:08

/ 1 270 dəfə oxundu.
Qarabağ və Bazel oyununun son nəticələri

İsveçrədə UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI turunda üz-üzə gələcək "Bazel" və "Qarabağ"ın start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı "11-lik"lə çıxıblar
"Bazel": 1. Haynts Linder, 6. Nasser Ciqa, 7. Paytim Kasami, 10. Artur Kabral, 14. Valentin Stokker (k), 20. Fabian Fray, 22. Serxio Lopes Qalaçe, 23. Vouter Burger, 28. Raul Petretta, 35. Matias Palasios, 99. Edon Joqrova
Ehtiyat oyunçular: 13. Borde Nikoliç, 46. Feliks Gebhardt, 4. Eray Cömert, 5. Mixael Lanq, 8. Jordi Kintilya, 9. Sebastyano Espozito, 17. Liam Millar, 19. Darian Males, 27. Dan Ndoye, 30. Tomas Tavares, 40. Liam Çipperfild, 96. Joelson Fernandes
Baş məşqçi: Patrik Rahmen
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25, İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə,18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, "Sankt-Yakob Park" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayıb.
***
İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyunu başlayıb.
"Sant-Yakop Park" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.
***
"Qarabağ"ın "Bazel"ə matçın 2-ci dəqiqəsində vurduğu təmiz qol qeydə alınmayıb.
Belə ki, İbrahima Vadjinin ötürməsi ilə Abdullah Zubirin zərbəsindən sonra top qapı xəttini keçsə də, baş hakim qolu saymayıb.
***
Artur Kabral matçın 34-cü dəqiqəsində "Bazel"i hesabda önə çıxardı: 1-0.
***
Kasami görüşün 62-ci dəqiqəsində 2-ci topu "Qarabağ"ın qapısından keçirdi: 2-0.
***
A.Kabral özünün 2-ci, komandasının 3-cü qoluna imza atdı: 3-0.
***
Matç "Bazel"in 3-0 hesablı qələbəsi ilə yekunlaşdı. Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran İsveçrə təmsilçisi Konfrans Liqasının 1/8 finalına vəsiqə qazandı. Təmsilçimiz isə mübarizəni 1/16 final mərhələsində davam etdirəcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ