
Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb.
Yarışın son günündə Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov qızıl medal əldə edib.
92 kq çəki dərəcəsində yer alan Nurməhəmmədov mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ardıcıl olaraq, moldovalı Andrian Qrosulu 8:0, almaniyalı Yohannes Mayeri 7:0, yarımfinalda isə iranlı Əmirhüseyn Firuzpurbandpeyi 10:7 hesabı ilə yendikdən sonra finala çıxıb.
Həlledici görüşdə Rusiya təmsilçisi Azamat Zakuyevə 4:2 hesabı ilə qalib gələn Nurməhəmmədov mundialda Azərbaycanın 3-cü qızıl medalını qazandırıb.