SON DƏQİQƏ

Daha bir güləşçimiz bürünc medal qazandı

Tarix:

4-10-2021, 22:24

/ 1 483 dəfə oxundu.
Daha bir güləşçimiz bürünc medal qazandı

Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

GunAz.az xəbər verir ki, 92 kq çəki dərəcəsinə təsadüf edən qarşılaşmada rəqib Belarus təmsilçisi Omarhacı Məhəmmədov olub.

 

Görüş Nurməhəmmədovun qələbəsi ilə yekunlaşıb – 2:0.

Beləliklə, Azərbaycan sərbəst güləş yığması dünya çempionatında ikinci medalını qazanıb. Daha əvvəl Abubakr Abakarov (86 kq) da bürünc medala yiyələnib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ