SON DƏQİQƏ

UEFA reytinqində Azərbaycanın yeri

Tarix:

22-10-2021, 08:04

/ 1 600 dəfə oxundu.
UEFA reytinqində Azərbaycanın yeri

Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib.

Bu, "Qarabağ"ın Konfrans Liqasında Qazaxıstan "Kayrat"ı üzərində 2:1 hesablı qələbəsi sayəsində mümkün olub. Azərbaycanın aktivinə daha 0,500 xal gəlib və ümumi xal sayı 16,000-a qalxıb.

Bununla 26-cı pilləyə yüksələn Azərbaycan hərəyə 15,875 xala malik Polşa və Macarıstanı geridə qoyub. Polşanın "Legiya" komandası Avropa Liqasının III turunda İtaliyada "Napoli"yə 0:3, Macarıstan "Ferentsvaroş"u Şotlandiyada "Seltik"ə 0:2 hesabı ilə uduzub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ