SON DƏQİQƏ

Konfrans Liqası: NƏTİCƏLƏR

Tarix:

20-08-2021, 08:52

/ 1 470 dəfə oxundu.
Konfrans Liqası: NƏTİCƏLƏR

 Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

GunAz.az bildirir ki,  Azərbaycanın turnirdəki təmsilçiləri "Qarabağ" və "Neftçi" də ilk oyunlarına bu gün çıxıb.

"Qarabağ" Şotlandiyanın "Aberdin", "Neftçi" isə İsrailinin "Makkabi" (Hayfa) komandasını qəbul edib. Hər iki matç Bakıda keçirilib. "Qarabağ" meydanı qələbə, "Neftçi" heç-heçə ilə tərk edib.

Türkiyənin "Trabzonspor" klubu bu mərhələdə İtaliya "Roma"sı ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç "canavarlar"ın qələbəsiylə yekunlaşıb. Qonşu ölkənin digər təmsilçisi "Sivasspor"un rəqibi isə Danimarkanın "Kopenhagen" komandası olub. Bu oyun da Türkiyə təmsilçisinin məğlubiyyəti ilə bitib.

İngiltərənin "Tottenhem" komandası Portuqaliya "Pasuş de Fereryra"sını sınağa çəkib. London klubu da minimal hesabla uduzub.

Avropa Konfrans Liqası
Pley-offun ilk oyunları
19 avqust

 

Şaxtyor (Qazaxıstan) - Makkabi (Təl-Əviv, İsrail) 1:2

Rakuv (Polşa) - Gent (Belçika) 1:0

KuPS (Finlandiya) - Union Berlin (Almaniya) 0:4

Qarabağ (Azərbaycan) - Aberdin (Şotlandiya) 1:0

Flora (Estoniya) - Şemrok Rovers (İrlandiya) 4:2

LASK (Avstriya) - Sent-Conston (Şotlandiya) 1:1

Hapoel (Beer-Şeva) - Anortosis (Kipr) 0:0

Viktoriya (Çexiya) - ÇSKA (Sofiya, Bolqarıstan) 2:0

Riqa (Latviya) - Linkoln (Cəbəllütariq) 1:1

Neftçi (Azərbaycan) - Makkabi (Hayfa, İsrail) 3:3

 

Jalgiris (Litva) - Bodo Qlimt (Norveç) 2:2

Fola (Lüksemburq) - Kayrat (Qazaxıstan) 1:4

Trabzonspor (Türkiyə) - Roma (İtaliya) 1:2

Bazel (İsveçrə) - Hammarbü (İsveç) 3:1

Yablonets (Çexiya) - Jilina (Slovakiya) 5:1

Sivasspor (Türkiyə) - Kopenhagen (Danimarka) 1:2

PAOK (Yunanıstan) - Riyeka (Xorvatiya) 1:1

Feyenoord (Niderland) - Elfsborq (İsveç) 5:0

Anderlext (Belçika) - Vitess (Niderland) 3:3

Renn (Fransa) - Rusenborq (Norveç) 2:0

Pasuş de Ferreyra (Portuqaliya) - Tottenhem (İngiltərə) 1:0

Santa Klara (Portuqaliya) - Partizan (Serbiya) 2:1

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ