SON DƏQİQƏ
» » Qarabağdan sərfəli hesab, “Trabzonspor”dan heç-heçə, “Sivasspor”dan qələbə

Qarabağdan sərfəli hesab, “Trabzonspor”dan heç-heçə, “Sivasspor”dan qələbə

Tarix:

6-08-2021, 08:39

/ 2 519 dəfə oxundu.
Qarabağdan sərfəli hesab, “Trabzonspor”dan heç-heçə, “Sivasspor”dan qələbə

Futbol üzrə Avropa Konfrans Liqasında III mərhələnin ilk oyunlarına yekun vurulub.

GunAz.az bildirir ki, sonuncu oyun günündə daha 30 qarşılaşma baş tutub.

Azərbaycanın bu turnirdəki təmsilçisi "Qarabağ" da növbəti oyununa çıxıb. Ağdam təmsilçisi Kipr səfərində AEL-lə qarşılaşıb və meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib.

Şotlandiyanın "Aberdin" komandası səfərdə İslandiya "Breydablik"i ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb. Bu cütün qalibi pley-offda "Qarabağ" - AEL cütünün qazananı ilə qarşılaşacaq.

Türkiyənin "Trabzonspor" komandası Norveç "Molde"sini sınağa çəkib. Altı qolun vurulduğu bu görüşdə qalib müəyyənləşməyib. Türkiyənin turnirdəki digər təmsilçisi "Sivasspor" isə Gürcüstanın "Dinamo" (Batumi) komandasını səfərdə məğlub edib.

Xatırladaq ki, ilk oyun günündə iki görüş baş tutub. İrlandiyanın "Bohemian" klubu doğma meydanda Yunanıstan PAOK-u üzərində qələbəyə sevinib. Şimali İrlandiya "Linfild"i isə evdə Lüksemburq "Fola"asına uduzub.

Avropa Konfrans Liqası
III təsnifat mərhələsi
3 avqust

Bohemian (İrlandiya) - PAOK (Yunanıstan) 2:1

Linfild (Şimali İrlandiya) - Fola (Lüksemburq) 1:2

5 avqust

Tobol (Qazaxıstan) - Jilina (Slovakiya) 0:1

Soçi (Rusiya) - Partizan (Serbiya) 1:1

KuPS (Finlandiya) - Astana (Qazaxıstan) 1:1

Lokomotiv (Bolqarıstan) - Kopenhagen (Danimarka) 1:1

Elfsborq (İsveç) - Velej (Bosniya və Herseqovina) 1:1

AEL (Kipr) - Qarabağ (Azərbaycan) 1:1

Vitess (Niderland) - Dandalk (İrlandiya) 2:2

Laçi (Albaniya) - Anderlext (Belçika) 0:3

Rusenborq (Norveç) - Domjale (Sloveniya) 6:1

Voyvodina (Serbiya) - LASK (Avstriya) 0:1

ÇSKA (Sofiya, Bolqarıstan) - Osiyek (Xorvatiya) 4:2

Dinamo (Batumi, Gürcüstan) - Sivasspor (Türkiyə) 1:2

 

Riqa (Latviya) - Hibernians (Malta) 0:1

Makkabi (Hayfa, İsrail) - HB Torshavn (Farer adaları) 7:2

Trabzonspor (Türkiyə) - Molde (Norveç) 3:3

Pasuş de Fereyra (Portuqaliya) - Larne (Şimali İrlandiya) 4:0

Kolos (Ukrayna) - Şaxtyor (Karaqandi, Qazaxıstan) 0:0

Şlensk (Polşa) - Hapoel (Beer-Şeva, İsrail) 2:1

Priştina (Kosovo) - Bodo Qlimt (Norveç) 2:1

Spartak (Trnava, Slovakiya) - Makkabi (Təl-Əviv, İsrail) 0:0

Gent (Belçika) - RFS (Latviya) 2:2

Lütsern (İsveçrə) - Feyenoord (Niderland) 0:3

TNS (Uels) - Viktoriya (Çexiya) 4:2

Hibernian (Şotlandiya) - Riyeka (Xorvatiya) 1:1

Çukariçki (Serbiya) - Hammarbü (İsveç) 3:1

Rakuv (Polşa) - Rubin (Rusiya) 0:0

Breydablik (İslandiya) - Aberdin (Şotlandiya) 2:3

Uypeşt (Macarıstan) - Bazel (İsveçrə) 1:2

Şemrok Rovers (İrlandiya) - Teuta (Albaniya) 1:0

Santa-Klara (Portuqaliya) - Olimpiya (Sloveniya) 2:0

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ