SON DƏQİQƏ

Ronaldo "Real" a qayıdır?- Özü açıqladı

Tarix:

18-08-2021, 10:16

/ 4 348 dəfə oxundu.
Ronaldo "Real" a qayıdır?- Özü açıqladı

İtaliyanın "Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo "Real Madrid”ə qayıdacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

36 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesablarında yazıb.

 

O, bütün diqqətini hazırkı klubuna yönəltdiyini vurğulayıb:

"Məni tanıyan hər kəs işimə necə diqqət yetirdiyimi bilir. Daha az danışmaq və daha çox hərəkət etmək mənim devizimdir. Mediada qeyri-ciddi məlumatlar var. Bu, komandalara və oyunçulara hörmətsizlikdir”.

Təcrübəli forvard Madrid təmsilçisində müxtəlif uğurlar qazandığını xatırladıb: "Bütün bunlar "Santyaqo Bernabeu” stadionundakı muzeydə, həmçinin hər klub azarkeşinin beynində var. Bilirəm ki, "Real Madrid” fanatları məni ürəklərində saxlayacaqlar”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ