SON DƏQİQƏ

Ronaldo futboldan gedir?- RƏSMİ AÇIQLAMA

Tarix:

1-07-2021, 17:40

/ 4 271 dəfə oxundu.
Ronaldo futboldan gedir?- RƏSMİ AÇIQLAMA

İtaliyanın "Yuventus” klubunun idman direktoru Federiko Çerubini ulduz futbolçu Kriştiano Ronaldonun gələcəyi ilə bağlı açıqlama verib.

Funksioner mətbuat konfransında 36 yaşlı hücumçunun Turin təmsilçisindən getməsi ilə bağlı hansısa siqnalın olmadığını bildirib.

 

Klub rəsmisi portuqaliyalı oyunçunun keçidi ilə bağlı sadəcə müxtəlif söz-söhbətlərin üzə çıxdığını söyləyib.

O, Ronaldunun tətili başa çatan kimi komandaya qoşulacağını vurğulayıb.

Qeyd edək ki, Kriştianu Ronaldunun "Yuventus”la müqaviləsi 2022-ci ilin yayına qədərdir. Hücumçu Turin klubuna 2018-ci ilin iyulunda "Real Madrid”dən 117 milyon avroya transfer olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ